"Terror təbliğatının azadlığı ola bilməz"

24 Noyabr 2022 16:53 (UTC+04:00)

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Alltun terror təşkilatları və onları dəstəkləyənlərin Türkiyenin terrorla mübarizəsinə yönəlmiş qavrayış əməliyyatları həyata keçirdiyinə diqqət çəkib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, .Altun bunu paytaxt Ankaradakı Kommunikasiya İdarəsində Beynəlxalq Media İnformasiya Dərnəyi (UMED) ilə birgə təşkil edilən Rəqəmsal Media Panelinin açılışındakı çıxışında deyib.

"Yalanın, terror təbliğatının, nifrət ifadəsi və sistemli dezinformasiyanın azadlığı ola bilməz. Mətbuat əsl mənada demokratiyanın və azadlığın zəmanətidir. Bunun əsas prinsipi xəbər və informasiyadır", -deyə F.Altun qeyd edib.

F.Altun həmçinin bildirib ki, terror təşkilatının təbliğatını aparanlara qarşı effektiv mübarizə aparılır.