Spirtli içki yoxsa ucuz ölüm? - SORĞU

24 Noyabr 2022 16:53 (UTC+04:00)

Spirtli içkilər bəzi insanlar xoş günlərində, bəziləri isə depresiv anlarında istifadə edirlər. Aparılan araşdırmalar zamanı məlum olub ki, spirtli içkilərdən istifadə insanlar arasında kəskin şəkildə yayılıb. Bəs buna səbəb nədir? İnsanların spirtli içkini qəbul etməsi nə dərəcədə məqbuldur? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Vüqar Əliyev: “Spirtli içki insan sağlamlığına bir mənalı şəkildə ziyandır. Fikrimcə, son zamanlar insanların spirtli içkiyə olan alüdəçiliyi getdikcə artır. Bu təbii olaraq xoşagəlməz bir haldır. Hər bir kəsə zərərli və spirtli içkilərdən uzaq olmalarını tövsiyyə edirəm”.

Şəhər sakini Arzu Quliyev: “Mən heç kimə zərərli içkiləri qəbul etməsini arzu etmirəm. Düşünürəm ki, belə içkilərdən istifadə insanın iradəsinin zəifliyinin göstəricisidir. Bir çox hallarda bu cür içkilər insan özündən aşlı hala salır. Düşünürəm ki, dini cəhətdən də, içki şeytan əməli hesab olunur”.

Şəhər sakini Ziyad Nəcəfli: “Enerji və spirtli içkilərdən istifadə son illərdə dəhşətli dərəcə də artıbdır. Hətta az yaşlı insanlar belə bu cür içkilərdən istifadə edir. Düşünürəm ki, belə hallar heç yaxşı qəbul edilməməlidir. Həmçinin bununla bağlı müəyyən tədbirlərdə həyata keçirilməlidir”.

Şəhər sakini Raqif Abbaslı: “Düşünürəm ki, ötən illərə nisbətdə insanların spirtli içkiyə olan marağının bir çox səbəbləri var. Lakin hər bir mənada insan bu cür vasitələrdən uzaq olmağı bacarmalıdır. Çünki həqiqi mənada bu cür içkilər insanı uçuruma aparır”.

Şəhər sakini Hüseyn Vəliyev: “Spirtli içkilərdən istifadə insanı ondan asılı hala salaraq, tanınmaz biri hala qoyur. Təbii ki, hər bir insanın öz seçimi var. Mənim fikrimcə, hər şey öz normasında gözəldir. Yəni bunu normal şəkildə istifadə etməyi bacarırlarsa, təbii ki, ziyanı olmaz. Amma artıq bunu çox istifadə edirlərsə, insan xəstəliyə belə tutula bilər.

Şəhər sakini Murad Əlibəyli: "Təbii ki, spirtli içki insanın sağlamlığı üçün zərərlidir. Fikrimcə, belə içkilər yalnız özəlgünlərdə istifadə olunmalıdır. Amma bunun qatı şəkildə istifadə olunmaması üçün müəyyən dərəcədə maarifləndirmə işləri görülməldir.