“İranın heç vaxt nüvə silahı olmamalıdır”

24 Noyabr 2022 16:49 (UTC+04:00)

İngiltərə İranın uranı yüksək səviyyədə zənginləşdirməyə başladığı barədə açıqlamasına reaksiya verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli sosial media hesabından verdiyi açıqlamada, “İran nüvə proqramını daha da genişləndirir. Bu, rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutudur. Öz xalqını vəhşicə öldürən bir rejim əlbətdəki xaricdəki dostlarımızı və müttəfiqlərimizi də təhdid edəcək. Belə bir rejimin əlində nüvə silah olmamalıdır” .

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) lazımi səviyyədə əməkdaşlıq etmədiyini səbəb göstərilərək İranın əleyhinə qəbul qərar qəbul edib, İran isə qərara cavab olaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını açıqlayıb.

İngiltərə, Fransa və Almaniya İranın uranı 60 faiz seviyyəsinə zənginləşdirmə səyini pisləyib.