Kəlbəcər artıq yeni inkişaf dövrünü yaşayır

24 Noyabr 2022 14:52 (UTC+04:00)

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərimizə görə, əlbəttə, başda Müzəffər Ali Baş Komandan olmaqla rəşadətli Azərbaycan ordusuna və cəsur azərbaycan hərbçilərinə borcluyuq. Lakin Qarabağ Zəfərinin təkcə hərb meydanında qazanılmdağı, bu zəfərin ölkəmizin tarixindəki ən böyük siyasi qələbə olduğu da gün kimi aydınıdr. Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmdan düşmən işğalından azad olunması cənab Prezidentin böyük siyasi qələbəsi, diplomatik məharəti və qətiyyətinin təzahürüdür. Şuşanın işğaldan azad olunmasından sonra məğlubiyyətin qaçınılmaz olduğunu dərk edən Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başda çıxış yolu yox idi. Bunun nəticəsidir ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli olduqları öz əksini tapmışdır.

Yeri gəlmişkən, bəyanata əsasən, ermənilər Kəlbəcəri noyabr ayının 15-də Azərbaycana təhvil verməli idi. Lakin Ermənistanın müraciəti əsasında, Rusiyanın xahişindən sonra biz ermənilərin, həm də beynəlxalq hüquqa zidd olaraq, beynəlxalq hüquq pozuntusunun obyekti olaraq Kəlbəcərdə qanunsuz yerləşdirilmiş ermənilərin rayonu tərk etmələri üçün 10 gün əlavə möhlət vermişdik. Əslində biz 1993-cü ilin aprelində soydaşlarımızın Kəlbəcərdən zorakılıqla, qırğına məruz qalaraq, dağ yolları ilə piyada, ayağı yalın qovulmasını unutmamışıq və heç zaman da unutmayacağıq. Nə Kəlbəcərliləri belə qəddarlıqla öz doğma torpaqlarından qovan Ermənistan, nə də Azərbaycanın 10 günlük möhlətindən sonra evləri, meşələri yandıran, təbiəti məhv edən ermənilər Azərbaycanın bu humanizminə layiq deyildi. Lakin biz yenə də insan haqlarına hörmət edərək, böyüklük və humanizm göstərərək ermənilərin Kəlbəcəri təhlüksiz şəkildə, rahatlıqla tərk etmələri üçün bütün şəraiti yaratmışdıq. Azərbaycanın bu humanizmi bu gün erməni lobbisinə boyun əyərək ölkəmizə qarşı bədnam qətnamə qəbul edən Fransa başda olmaqla, bizi beynəlxalq hüququ pozmaqda ittiham edən bütün dövlətlərə verilə biləcək ən gözəl cavabdır.

Qeyd edək ki, Kəlbəcər ölkəmizin ən qədim, tarixi abidələri ilə məşhur, erkən dövr atəşpərəslik, xristianlıq, islam mədəniyyətlərinin qovuşduğu, müalicəvi suları, səfalı təbiəti, faydalı qazıntıları ilə ad qazanmış rayonlarından biridir. Erməni işğalından sonra Kəlbəcərin tarixi-mədəniyyət abidələri dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Həm təbii sərvətlərinin, təbiətinin istismarı baxımından, həm də strateji mövqeyinə görə Kəlbəcərin işğalı həmin vaxt ermənilər üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla sərhədi yox idi. Laçının və Kəlbəcərin işğalından sonra Ermənistan bu ərazilərlə əlaqə yaradaraq silah, texnika, canlı qüvvə göndərilməsinə nail olmuşdu və bu faktorlar Ermənistanın işğalçılıq siyasətini genişləndirərək digər rayonlarımızı da işğal etməsində böyük rol oynamışdır.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə çıxardığı 30 aprel 1993-cü il tarixli 822 saylı ilk qətnamə də məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalını həyəcanla qeyd edərək işğalçı qüvvələrin Kəlbəcər rayonu və Azərbaycanın son zamanlarda işğal olunmuş digər ərazilərindən geri çəkilməsini tələb edirdi. Təəssüflər olsun ki, qətnamənin Ermənistan tərəfindən icra edilməməsinə baxmayaraq işğalçı dövlətə qarşı heç bir məcburedici tədbir görülməməsi Ermənistanın daha da azğınlaşmasına və digər rayonlarımızın da işğalına səbəb olmuşdu. Sonradan qəbul edilmiş digər üç qətnamə də 822 saylı ilk qətnamə kimi kağız üzərində qalmışdır. BMT qətnamələri yalnız İkinci Qarabağ Müharibəsindən sonra, öz gücümüz, qüdrətimiz, hərbi-siyasi məharətimiz və qələbəmiz hesabına icra olunmşudur.

Əslində, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Döyüşlərdə iştiark edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Kəlbəcər artıq yeni inkişaş dövrünü yaşayır. Rayon Ermənistanla həmsərhəd olduğu üçün ilk növbədə Kəlbəcərin müdafiəsinin təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Rayonda artq yeni hərbi hissələr, o cümlədən 26 iyun 2022-ci ildə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılmışdır.

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbiəti nəzərə alınmaqla tərtib edilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun ən böyük logistik layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun çəkilişi də rayonun bölgəyə inteqrasiyası baxımından önəmlidir. Ümumiyyətlə icra olunan bütün kommunikasiya layihələri həm mülki əhali üçün, həm müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.

Böyük Qayıdışın səbəkarı və ən böyük icraçısı olan cənab Prezident işğaldan azad olunmuş Kəlbəcərə artıq iki dəfə səfər edib. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin təməli qoyulub. “İstisu” sanatoriyasının və “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşasını xüsusi qeyd etməliyik. Şübhəmiz yoxdur ki, yenidənqurma, bərpa işləri ən yüksək səviyyədə tamamlanandan sonra Kəlbəcər öz yerisaltı və yerisütü sərvətləri, təbiəti, turizm potensialı ilə ölkəmizin ən inkişaf etmiş rayonlarınan birinə çevriləcək.

Faiq Mehdiyev

YAP Göygöl rayon təşkilatı üzrə Pənahlılar kənd ərazi partiya təşkilatının sədri