“Ermənilərin alınlarının ortası "dəmir yumruq" üçün darıxıb” AÇIQLAMA

24 Noyabr 2022 14:39 (UTC+04:00)

“Xankəndidə baş verən hadisələr, müşahidə olunan erməni təxribatları onun göstəricisidir ki, bu erməni yaramazlar yenə öz ampluasındadır, bunların adam olması mümkün deyil, bunların qulağı, təpəsi, alınlarının ortası "dəmir yumruq" üçün yenə darıxıb”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, məğlub və avam Paşinyan bir şeyi anlamalıdır ki, təxribatlar öz başında çatlayacaq: “Hər belə təxribatdan sonra daha da rəzil-rüsvay, biabır olacaq və sonucda sülh müqaviləsini imzalamaq üçün yalvaracaq! Məhz yalvaracaq! Hə, ola bilər indiki məqamda bacısı Fransa və digər məlum ölkələr Ermənistana müəyyən qızışdırıcı təkliflər verir və buna görə də Paşinyan həvəslənib. Amma bir daha deyirəm: Onların məkrli planı və strategiyası, hər zaman olduğu kimi, yenə fiaskoya uğrayacaq. Ermənistan belə təxribatlara davam etsə, cavabı ən sərt formada veriləcək. Azərbaycan tərəfi artıq bir neçə dəfə anti-terror əməliyyatı keçirib. Ehtiyac olsa, növbətisini də keçirəcək”.