Rusiyada istilik elektrik stansiyası çöküb, xəsarət alanlar var

24 Noyabr 2022 12:54 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk şəhərində istilik elektrik stansiyasında tikinti işləri zamanı çökmə baş verib.

SİA-nın məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, stansiyada montaj işləri zamanı tikilməkdə olan elektrik filtrinin elementi 4 metr hündürlükdən düşüb.

Ərazidə işlər müvəqqəti dayandırılıb. Hadisənin fəsadlarının aradan qaldırılması üçün 40 nəfər və ondan çox texnika cəlb edilib.