Bakıda mağazaya basqın olub

24 Noyabr 2022 11:40 (UTC+04:00)

Bakıda mağazaya basqın olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 07:00 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.