“Bir neçə gün bundan öncə Bakı Şəhər İcra Hakimiyyətində qarlı qış günlərinə hazırlıqla bağlı müşavirə keçirilib”. Bu barədə Mənzil Kommunal Departamentinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.
Qeyd edilib ki, bu tipli müşavirələr bütün rayonlar üzrə keçirilib: “Hər bir rayonda qışa hazırlıq məqsədi ilə komissiyalar yaradılıb. Keçirilən müşavirədə komissiyanın üzvləri, rayon rəhbərləri iştirak edib. Tapşırıqlara əsasən, hər bir komissiya texniki avandanlıqlarla təmin olunub və hər bir rayon üzrə köməkçi yollarda müvafiq cavabdehlər təmin olunub. Rayonlarda yerləşən idarə-təşkilatların texnikaları da qarlı küçə və prospektlərin təmizlənməsi prosesinə iştirak edəcək. Həmçinin ictimai iaşə obyektləri, məktəblər və xəstəxanalar, restoranlara da bu barədə məlumatlar verilib”.