26 yaşlı gənci avtomobil vurub

24 Noyabr 2022 07:58 (UTC+04:00)

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Əsədov Elçin Şahin oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.