Rus hakerlər Avropa Parlamentinin saytını çökdürdü

24 Noyabr 2022 02:50 (UTC+04:00)

Avropa Parlamenti Rusiyanı "terrora sponsorluq edən dövlət" elan etdikdən sonra qurumun saytı haker hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə qurumun sözçüsü Yaum Daş Tvitterdə bildirib.

O qeyd edib ki, sayt DDOS hücumuna məruz qalıb. Hadisəyə görə məsuliyyəti Kremlə meylli qrup üzərinə götürüb.