DÇ-2022 barədə saniyədə 20 min paylaşım

24 Noyabr 2022 01:42 (UTC+04:00)

Tvitter sosial platformasında DÇ-2022 haqda edilən paylaşımların sayı saniyədə 20 minə çatıb. SİA xəbər verir ki, bu barədə sosial platformanın sahibi İlon Mask öz Tvitter hesabında bildirib. O qeyd edib: Dübya kuboku barədə tvitlərin sayı təxminən saniyədə 20 minə çatıb. Belə rekord yükün idarə olunmasında Tvitter komandasının böyük əməyi var".

Qeyd edək ki, Qətərdə təçkil olunan DÇ-2022 noyabrın 20-si start götürüb. Mundial dekabrın 18-dək davam edəcək.