Nərimanov rayonunda esse müsabiqəsinə start verilib

23 Noyabr 2022 22:26 (UTC+04:00)

Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş Nərimanov rayon yeniyetmə və gəncləri arasında “Gənclik, əlbəttə, böyük nemətdir, ən umulmaz böyük səadətdir” adlı esse müsabiqəsinə start verilir

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş Nərimanov rayon yeniyetmə və gəncləri arasında “Gənclik, əlbəttə, böyük nemətdir, ən umulmaz böyük səadətdir” adlı esse müsabiqəsinə start verilir.

Müsabiqənin məqsədi görkəmli şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyini qeyd edilməsi, onun zəngin yaradıcılığını gənclər tərəfindən öyrənilməsi, eyni zamanda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Esselər 30 noyabr 2022-ci tarixinədək Nərimanov Rayon Gənclər və İdman İdarəsinə çatdırılmalıdır.

Müsabiqədə qalib gələn gənclər təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

Qeyd: Müsabiqədə 10 yaşından 29 yaşadək yeniyetmə və gənclər işirak edə bilər. Esselər word fayılda (doc və ya docx) Arial 12 şrifti ilə 1-2 səhifə həcmində yazılmalıdır. Bir gənc 1 inşa təqdim edə bilər.