Braziliya Respublikasının 200 illiyinə həsr olunmuş Musiqi Festivalı baş tutub

23 Noyabr 2022 20:00 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliya Respublikasının 200 illiyinə həsr olunmuş l Braziliya Klassik Musiqi Festivalı baş tutub. SİA xəbər verir ki, tədbir Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Manuel Monteneqro açılış nitqini edərək, hər kəsi salamlayıb: “Bugünkü tədbir üçün Filarmoniyaya, buranın rəhbərliyinə və Mədəniyyət naziri Anar Kərimova öz təşəkkürümü bildirirəm. Biz 2019-cu ildən bəri cənab nazirlə birgə müzakirələr aparırıq, bugünkü tədbir də bunun bir nümunəsidir”
Daha sonra isə Azərbaycan Dövlət Simli Kvartetinin çıxışı başlayıb. Onlar ilk növbədə “Aleşandre Levi”, daha sonra isə “Alberto Nepomuseno” kompozisiyalarını ifa ediblər.
Violində Azərbaycanın Əməkdar Artistləri Ceyla Seyidova, Soltan Məmmədova, Vaxtanq İmanov, violonçeldə isə Aleksey Miltıx ifa edib.