"Fransa Ermənistanı dəstəkləyir, müharibədən sonra da bu dəstəkləyici siyasət davam etdirilir" POLİTOLOQ RƏY BİLDİRDİ

23 Noyabr 2022 17:54 (UTC+04:00)

"Fransanın Azərbaycana qarşı qərəzli niyyəti artıq uzun müddətdir ki, dava edir. Vətən müharibəsindən sonra da Fransa senatında qərəzli və ikili standartlar siyasətindən çıxış edən Ermənistan leyhinə qəbul edilən qətnamə qəbul olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, həmin dövrdə qəbul olunan qətnamə Azərbaycan ərazisində speratçı rejimin tanınması yönündə hökümətə tövsiyyələri əhatə edirdi. Bu tövsiyyə xarakterli qətnamə sonradan müstəvi xarakter daşıyaraq Fransa həmdə "ATƏT-in Minsk" qrupunda həm sədrlərdən biri idi. Lakin biz müharibə zamanı açıq aşkar gördük ki, Fransa Ermənistanı dəstəkləyir, müharibədən sonra da bu dəstəkləyici siyasət davam etdirilir. Fransa prezidenti Emanuel Makronun yerli televizyalardan birinə müsahibəsi zamanı açıq aşkar Azərbaycanı təhdid edir, ərazi bütövlüyümüzə qarşı çıxır, ölkəmizdə speratizmi dəstəkləyir və erməni lobbisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır. Bunlar təbii ki, qəbul olunmaz yanaşma deyil və Azərbaycan tərəfidə məhz Fransanın çox qərəzli münasibətinə görə, qətnamənində qəbul olunduğunu nəzərə alaraq, Milli Məclisdə və Xarici İşlər Nazirliyimiz tərəfindən müəyyən açıqlmalar olundu. Təbii ki, diplomatik münasibətlərin pozulması və Fransanın ölkəmizdə olan xarici investrların ölkəmizdən çıxarılması nəzərdən keçirilirdi. Fransa regionda Azərbaycanın mühüm əhəmiyyətli bir bölgədə olmasını yaxşı nəzərində saxlayır və bunu qəbul edir".