Eutelsat 10B rabitə peyki kosmosa buraxılıb

23 Noyabr 2022 16:59 (UTC+04:00)

Amerika kosmik gəmisi və raket istehsalçısı “SpaceX” Eutelsat 10B rabitə peyki kosmosa buraxılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, peyk ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından yerli vaxtla saat 21:57-də buraxılıb.

NASA-nın saytında paylaşılıb ki, Eutelsat 10B rabitə peyki Amerika, Atlantik okeanı, Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiyadakı müştəriləri dəniz və uçuşda genişzolaqlı, məlumat və video əlaqə ilə təmin edəcək.