İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artdı

22 Noyabr 2022 17:25 (UTC+04:00)

İndoneziyanın Qərbi Yava bölgəsində baş verən 5,6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 268-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdə ölənlərin sayı 162-dən 268-ə, yaralıların sayı isə 1083-ə yüksəlib.

151 nəfərin itkin düşdüyü bildirilir.

Aytac Xəlilova