"YAŞAT" Fondu tərəfindən tibb istiqaməti üzrə işlər davam etdirilir

22 Noyabr 2022 12:46 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, müharibə əlili Emin Eminov 28 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsinə qatılıb, Füzuli, Cəbrayıl, Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak edib. "YAŞAT" Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda “Bakı Metropoliteni” QSC-də əmək fəaliyyətini davam etdirir.

Müharibə əlili Emin Eminovun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb. Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.