"Həkimlərimizi tanıyın!” rubrikasında

22 Noyabr 2022 12:22 (UTC+04:00)

Dr.Sevinc Məmmədova Mərkəzi Gömrük Hospitalında EKG, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial EXO, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası və kardioversiya ilə ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir. SİA xəbər verir ki, sevinc həkim fəaliyyətində daim yeni innovasiyalarla və tibbi-mütəxəssis bacarıqları ilə pasiyentləri müalicə edir və onlara sağlamlıq bəxş edir.

Sevinc həkim 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində, 1999-2000-ci illərdə ATU-da internetura təhsili almışdır. O, əmək fəaliyyətinə 2001-ci ildə dövlət tibb müəssisəsində kardioloq kimi başlayaraq, 2012-ci ilə qədər orada çalışmışdır. Dr.Sevinc Məmmədova 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardialoq kimi fəaliyyət göstərir. Ölkə daxilindən və xaricindən gələn pasiyentlərin ürək-damar sisteminin müayinə və müalicə prosesində tam müsbət nəticələrin alınmasında Sevinc xanımın rolu böyükdür.

Dr.Sevinc Məmmədova fəaliyyəti müddətində ölkəmizdə keçirilən bir çox konfranslarda, o cümlədən 2018-ci il Azərbaycan Kardioloqlar Cəmiyyətinin VII Milli Konqresində, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyətinin VII Milli Konqresində iştirak etmişdir. O, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür. Sevinc həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-mammadova/#