“Rusiya-Ukrayna müharibəsi davam edir. Təbii ki, müharibənin bitməsinə bir sıra amillər mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq qeyd edib ki, Ukrayna tərəfi Xersonun azad olunmasından sonra hərbi əməliyyatlarını daha qətiyyətlə davam etdirir: “Qərbin və digər dövlətlərdə Ukraynaya yardımlar edirlər. Həmçinin, bir anlıq Polşa ərazisinə raket düşməsiylə bağlı gərginlik bütün dünyanı narahat etsə də, bu gərginliyin aradan qaldırılmasında nail olundu. 3-cü dünya müharibəsi ilə bağlı risklər minimallaşdırıldı. Təbii ki, bununla bağlı istənilən risklər mövcuddur. Rusiya-Ukrayna müharibəsində bir sıra dövlətlər maraqlıdır. İlk növbədə, Rusiyanın zəiflədilməsi, hərbi potensilanın tükədilməsi fəaliyyəti həyata keçirilir. Ukraynada bu məqsədlər üçün öz fəaliyyətini davam etdirir. Ona görə də həm taxıl dəhlizinin fəaliyyət göstərməsi, həm də diplomatik və siyasi sahədə razılığın əldə olunmasına çalışılması Türkiyənin mövqeyini bir qədər də gücləndirib. Lakin Rusiya qismən səfərbərlik elan edərək referendumla ələ keçirdiyi əraziləri saxlamağa çalışırdısa da, buna nail olmadı. Həmçinin belə bir ehtimal var ki, Rusiya növbəti səfərbərlik elan edəcək. İnsan resursları çatışmazlıqları da müşahidə olunmaqdadır. Sosial şəbəkələrdə yayılan video görüntülərdən məlum olur ki, ordudan yayınan şəxslər barədə cinayət işləri açılır”.