Dərman əvəzləyicilərinin tərkibi yoxlanılərmı? - QURUM RƏSMİSİ AÇIQLADI

22 Noyabr 2022 11:33 (UTC+04:00)

“Azərbaycana idxal edilən bütün dərman vasitələrinin tərkibi yoxlanılır. Bu analizlər Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında aparılır”.
Bu sözləri SİA-ya açıqlamasında AEM-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli bildirib.

Onun sözlərinə görə, eynilə də dərman əvəzləyicilər də bu şəkildə yoxlanılır: “Yəni dərmanın əsas yoxsa əvəzedici olmasının heç bir fərqi yoxdur. Hər iki halda da dərmanların tərkibi labaratoriyalarda istehlakçısının verdiyi sənədə uyğunluq baxımından yoxlanılır”.