SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika Qida və Dərman İdarəsi (FDA) canlı toyuq hüceyrələrindən istehsal edilən toyuqların satışını təsdiqləyib.
Laboratoriyada istehsal olunan toyuq, canlı heyvanlardan alınan hüceyrələrlə əldə edilir.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sinqapur laboratoriyada yetişdirilmiş zülal satışını təsdiqləyən ilk ölkə oldu.
Qeyd edək ki, Life Cycle tərəfindən aparılan araştırmalara görə laboratoriyada istehsal olunan ət, 2040-cı ilə qədər qlobal ət bazarının 35 faizini təşkil edəcək.