ABŞ səfirliyi Qaziantepdə törədilən qanlı terror aktını pisləyib

21 Noyabr 2022 19:59 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi Qaziantepdə törədilən qanlı terror aktını pisləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyi sosial media hesabında paylaşım edib.

Paylaşımda “ABŞ-ın Türkiyedəki diplomatik nümayəndəliyi olaraq bu gün Karkamışda 3 günahsız insanın həlak olması ilə bağlı yas tutan türk xalqına qoşuluruq. Bu zorakılığı və əsassız hücumu qətiyyətlə pisləyirik" ifadəsi yer alıb.

Suriyanın Ayn Əl Ərəb (Kobani) bölgəsində separatçı terror təşkilatı PKK/YPG üzvü terrorçuların Qaziantep vilayətinin Karkamış rayonunda həyata keçirdiyi raket hücumunda 3 nəfər ölüb, 10 nəfər yaralanıb.