Vanda arxeoloji qazıntılar zamanı maraqlı tapıntılar üzə çıxdı

21 Noyabr 2022 17:29 (UTC+04:00)

Türkiyənin Van rayonunda Urartu dövrünə aid Körzüt qalası xarabalıqlarının yerləşdiyi ərazidə aparılan arxeoloji qazıntılar zamanı rizalitsiz (künc çıxıntısı olmayan) məbəd, o cümlədən keramika, zinət əşyaları və sikkələr tapılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Muradiye qəsəbəsindən 9 kilometr aralıda Uluşarın qayalıq ərazisində Urartu Kralı Menua tərəfindən inşa edilən qalada 2016-cı ildən bəri ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin icazəsi və Van Muzeyinin rəhbərliyi ilə arxeoloji qazıntı işlərinə başlanılıb.

Van Yüzüncü İl Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya kafedrasının elmlər namizədi Səbahəddin Ərdoğanın elmi məsləhətçiliyi ilə 2022-ci ilin oktyabrında başlanan qazıntı zamanı 8 metr hündürlüyündə istehkam divarları aşkar edilib. Qalıqların tapıldığı ərazidə hündürlüyü 140 santimetr, uzunluğu 8 metr, eni 7 metr olan rizomsuz məbəd, orta əsrlərə aid boyalı və boyasız keramika, otaq-məzar (türbə), Bizans dövrünə aid bilərzik və muncuqlar tapılıb.