Məşhur idmançı qan xərçəngindən əziyyət çəkir

21 Noyabr 2022 15:53 (UTC+04:00)

Bir sıra beynəlxalq yarışların qalibi və respublika çempionu Ülvi Əhmədov qan xərçəngindən əziyyət çəkir. SİA xəbər verir ki, məhz idmançımıza yardım etmək məqsədi ilə fudokan idman növü üzrə Açıq Respublika turniri keçiriləcək. Turnir Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq. Bu yarışda iştirak edəcək bütün iştirakçılar könüllü şəkildə turnirin mükafat fonduna müvafiq ianə etməlidirlər. Fonda yığılan bütün ianələr, qan xərçəngindən əziyyət çəkən idmançımızın müalicəsi üçün təqdim ediləcək. Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyindən verilən məlumata əsasən, fudokan ailəsi daim xeyriyyə layihələrində yaxından iştirak edir və bundan sonra da bu cür xeyriyyə layihələrinin keçirilməsi planlaşdırılır.