Minifutbol turniri keçirilir - FOTOLAR

21 Noyabr 2022 13:25 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə 50-dən çox dövlət qurumunun komandasının yarışdığı turnirdə İqtisadiyyat Naziriliyinin komandası da iştirak edir.

Noyabrın 20-də İqtisadiyyat və Energetika nazirliklərinin komandaları arasında keçirilən oyunda İqisadiyyat Nazirliyinin komandası 8:1 hesabı ilə qalib gəlib.

İqtisadiyyat Nazirliyinin komandası noyabrın 26-da keçirəcəyi növbəti oyunda Dövlət Neft Fondunun komandası ilə qarşılaçaq.