ABŞ-ın Nyu-York əyalətinin qərb və şimal bölgələrində təsirli olan qar fırtınası nəticəsində 3 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusilə Nyu-Yorkun Buffalo şəhərində təsirli olan və "göl effektli qar fırtınası" adlandırılan güclü qar həyatı iflic edib. Cümə günü axşam saatlarında başlayan və təsirini davam etdirən qarın ümumi qalınlığı bir çox rayonlarda 1,8 metri keçib. Çoxlu maşın yolda qalıb. Buffaloda iki nəfər qar fırtınası nəticəsində infarkt keçirərək ölüb. İndiana ştatının Hamlet şəhərində bir nəfər avtomobilinin qar uçqunu üzərinə çırpılması nəticəsində dünyasını dəyişib.