Ədliyyə Nazirliyinin yeni layihəsi olan "Rəqəmsal Ədliyyə Yenilikləri" təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, açılış nitqini Ədliyyə nazirinin müavini Eldar Nuriyev açaraq tədbir iştirakçılarını salamlayaraq onlara təşəkkürlərini bildirib.
Daha sonra tədbirin 1-ci təqdimatı barədə məlumat verilib. İnnovativ notariat həlləri ilə bağlı Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsinin şöbə rəisi Abbas Teymurzadə məlumat verib.
Sonra Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov çıxış edib. Daha sonra bu təqdimatla bağlı video-çarx nümayiş olunub.
Müəllif: Ziya Yaqubzadə