Azərbaycan birinciliyində 326 boksçu mübarizə aparacaq

21 Noyabr 2022 10:17 (UTC+04:00)

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq.

Birincilikdə qaliblərin adına noyabrın 27-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.