Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edilib

19 Noyabr 2022 15:28 (UTC+04:00)

İntiqam Soltan oğlu Həsənli Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmri ilə İntiqam Həsənli Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.