Qışda necə arıqlaya bilərik? - MARAQLI FAKTLAR

19 Noyabr 2022 12:11 (UTC+04:00)

Havanın kifayət qədər soyuduğu bu günlərdə sağlam qidalanıb, çəki problemi ilə rastlaşmamaq üçün nə edə bilərik? SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislər qış aylarında arıqlamaq üçün xüsusilə qoz-fındıq yeməyi məsləhət görürlər.

Bundan əlavə, portağal, mandarin, balqabaq və kələmin istehlakı düzgün qidalanmağa və kökəlməməyə kömək edir.