"Bu xəmir hələ çox su aparacaq"?

18 Noyabr 2022 18:20 (UTC+04:00)

"Gələcəyimizi təmin etmək üçün ukraynalıların birliyi və bizim uzun müddət ətrafımızda olacaq düşmənimizin olması haqqında milli ideyanı möhkəmləndirməliyik”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ordu Mərkəzinin direktoru Valentin Badrak bildirib.

Onun iddiasına görə, müharibə başa çatdıqdan sonra, müharibənin qaynar fazasında qarşıdurma ən azı 10-15 il davam edəcək.

Badrak Putinin ikinci cəhdinin qarşısını almaq üçün Ukraynanın lazımi müdafiə potensialını təmin etməyi məsləhət görür.

Qeyd edək ki, mərkəz direktoru bunu birləşmiş şəkildə etməyi, yəni bir tərəfdən Qərb tərəfdaşlarından silah və texnologiya almaq, həmçinin təhlükəsizlik sahəsində bir sıra birgə istehsal layihələri və iqtisadi proqramlara başlamaqla mümkün ola biləcəyini də istisna etmir.

Maraqlıdır ki, Badrak, Ukraynanın hərbi sənaye kompleksini bu biznesə inteqrasiya edilməsini gücləndirməyi də məsləhət görür.

Bundan əlavə, o, əvvəlcə 500 km, sonra 1000 km uçuş məsafəsi olan raket, gələcəkdə 1500 km mənzilli raket yaratmağı ölkə mütəxəssislərinin bacara biləcəyini istisna etmir. Badraka görə, Qərb dövlətlərinin köməyi ilə bəzi komponentlər və elementlər ilə bağlı da heç bir problem yoxdur.

“Biz raket texnologiyasını tamamilə müstəqil şəkildə istehsal edə bilərik, lakin müdafiə sənayemiz Putin rejiminin vurduğu zərbələrdən sağalana qədər hələ də müəyyən elementləri almalıyıq”-deyə ukraynalı siyasətçi bildirib.

Ağasəf Babayev