"Onun bu xain hərəkətini gözləyirdik" - POLİTOLOQ QEYD ETDİ

18 Noyabr 2022 14:52 (UTC+04:00)

"Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməsi bizim üçün heç də gözlənilməz olmadı". Bu fikirləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq qeyd edib ki, Praqada keçirilən görüşdən sonra Makronun Ermənistanın mənafeyinə xidmət edən təklifləri həyata keçirə bilmədikdən sonra onun bu xain hərəkətini gözləyirdik: "Çünki Makron Praqa görüşünə elə Fransadakı Erməni lobbiçilərinin əmri ilə gəlmişdi və orada Paşinyana yardım etmək istəyirdi. O buna da cəhd göstərdi. Amma Azərbaycan Prezidentinin tutduğu mövqe və apardığı hücum diplomatiyası Makronu növbəti dəfə məğlubiyyətə düçar etdi. Praqada qəti rədd cavabı aldıqdan sonra o Azərbaycana qarşı addımlarını Senatda davam etdirməyə başladı və burada Fransa Senatının üzvlərinin demək olar ki, hamısının erməni diasporu tərəfindən yemləndiyini nəzərə alsaq o burada çox asanlıqla istədiyini həyata keçirdi. Fransa Senat növbəti dəfə Azərbaycana qarşı qərəzli, real hadisələri düzgün əks etdirməyən qərar qəbul etdi. Senatın bu qətnaməsi nəinki Azərbaycan-Fransa münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq, bu qətnamə eyni zamanda Ermənistanın özü üçün də heç siyasi səhnədə qazanılmış uğur hesab oluna bilməyəcək. Çünki fransız deputatlar bu qətnamə ilə Azərbaycan_Ermənistan münasibbətlərinin daha da gərginlləşdirir və sülh müqaviləsinin imzalanması yolunda maneələr yartadırlar. Fransa Senatının bu addımını heç ikiüzlülük də adlandırmaq düzgün deyil. Çünki bu ermənilər tərəfində siyasi baxımdan işğal olunmuş Avropa ölkəsi heç vaxt Azərbaycanın mənafeyi baxımdan çıxış etməyib. Müstəqillikdən sonrakı yaxın tariximizdə biz heç vaxt Fransanın Azərbaycanla hər hansı bir məsələdə həmfikir olduğunu görmədik. Buna görə də Fransa elə ermən ölkəsidir ki, var. Onu başqa cür adlandırmaq həqiqəti inkar etmək olardı".