Fransa Holokost qurbanlarına təzminat ödəməlidir FAKT+AKTUAL

18 Noyabr 2022 12:51 (UTC+04:00)

Paris hansı cinayəti gizlədir?

“2010-cu ildə Parisdə “Mémorial de la Shoah” holokost mərkəzinə maraqlı sənəd hədiyyə edilib. Bu, “Yəhudi statusu” adlı səhih sənəddir ki, 1940-cı ildə qəbul olunub və faktiki olaraq yəhudilərin vətəndaşlıq, təhsil və s. imkanlarını məhdudlaşdırmasını əks etdirir”.

SİA xəbər verir ki, bu barədə Hans Kloss təxəllüslü azərbaycanlı jurnalist rusdilli saytların birində yazıb. Yazıda bildirilir ki, sözügedən sənəddə diqqət çəkən məqamlardan biri də “Vich” rejiminin diktatoru, fransız kollaborasionist-marşal Filip Petenin orada şəxsi qeydlər aparmasıdır. Məhz bunun nəticəsində Fransanın o vaxtkı hökumətinin “yəhudi məsələsi” ilə bağlı qərarları üzə çıxıb. SİTAT: “Fransanın 1944-cü ildə azad olunmasından sonra “Vich” avtoritar rejiminin qanunları qanuni qüvvədən düşdü, bir il sonra isə marşal Paten dövlətə xəyanət ittihamı ilə ölüm cəzasına məhkum olundu”.

Qeyd edilir ki, buna baxmayaraq “holokost memarının” çoxsaylı tərəfdarları üzə çıxdı və yeni hakimiyyət ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəzləməklə onun kamerada sürdüyü yararsız həyatını ciddi-cəhdlə 23.07.51-ci il tarixinə qədər uzatmağa müyəssər oldu. SİTAT: “Təbii ki, “Yəhudi statusunun” orijinalı ictimailəşdirilənə qədər Petenin tərəfdarları on illər boyunca nəinki ona, həm də Fransa hökumətinə qarşı irəli sürülən antisemitizm ittihamlarını birmənalı olaraq rədd edirdilər. Axı məsələ nəinki faşizm ayağının altına qırmızı xalı açan ölkənin imicinə, həm də bütövlükdə büdcəsinə və iqtisadiyyatına da toxuna bilərdi”.

Bildirilir ki, bu məsələyə yalnız 1995-ci ildə geri dönüldü. Uzun illər tabuya (qadağaya) məruz qalan sənəd yenidən üzə çıxdı. Belə ki, Fransanın yəhudi lobbisinin dəstəyindən məharətlə istifadə edən Jak Şirak seçkilərdə qalib gəldi və üstəlik, iki müddətə (1995-2002, 2002-2007) prezident seçildi. Lakin o da təzminat və ödəniş məsuliyyətini xatırlayaraq dərhal həmin mövzunu “İkinci Dünya Müharibəsi zamanı yəhudilərin Fransadan deportasiyasında Fransa dövlətinin iştirakı” ilə məhdudlaşdırdı, eləcə də həmin məsələ tam olaraq etiraf edilməmiş qaldı.

Müəllif sonda belə bir sualla çıxış edir ki, axı son bir əsrdə dünya xalqlarına qarşı iki böyük soyqırımı törədən, ancaq buna baxmayaraq məhz özünün Avropanın demokratiya standarlatının beşiyi olduğunu iddia edən bir ölkədən başqa nə gözləmək olardı? Axı unutqanlığı bəhanə gətirmək daha asandır, nəinki tövbələnməklə günahların qəbul edilməsi yerinə...

Rövşən RƏSULOV