Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə gəncliyində köhnə MTZ-50 traktorunu 280 km/saat sürətə, təyyarə sürətinə necə sürətləndirə bildiyini söyləyib.
Qeyd edək ki, bu, “Militarist” Telegram kanalının da diqqətini çəkib.
“MTZ-50 traktoru mənim ilk təcrübəm olub. İstənilən sürətlə sürə bilərsiniz! Səmimi olaraq etiraf edirəm ki, onu dairəvi yolda saatda 280 kilometr sürətlə sürdüm və onun 280-da yuxarı qalxa biləcəyindən qorxdum – axı təyyarə belə sürətlə qalxır və enir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lukaşenko deyir bunları.
Amma maraqlıdır ki, zavodun texniki göstəricilərinə əsasən, MTZ-50 Belarus traktorunun maksimal mümkün sürəti 33 km/saat təşkil edir.
Deyim ki, bundan əvvəl Lukaşenko onu dinləyən media işçilərinin hər birinə bir kisə kartof vermişdi.
...Necə deyirlər, gop eləməyə qərib ölkə...
Ağasəf Babayev