Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilir - FOTOLAR

17 Noyabr 2022 21:12 (UTC+04:00)

Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir keçirilib. Burada muzeyinkolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinciyarısına aid iki cüt sırğanın təqdimatı olub. SİA xəbər verir ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətininUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrəReprezentetiv Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir.

“Pasha Holding”in maliyyə dəstəyi ilə əldəolunmuş Qarabağa aid bədii tikmə nümunəsikompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütünəsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bucür kompozisiyalı tikmələr Səfəvi sarayemalatxanalarında hazırlanır və dövrün yüksək dəyərlidekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərinemalatxanalarında onlardan bəhrələnməklə yeninümunələr yaradılırdı.

Muzeyin öz hesabına “Bonhams” hərrac evindənaldığı qızıl sırğalar isə mina və basmaqəlibtexnikasında Təbrizdə hazırlanıb. Öz dövründə çoxməşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarətçoxhissəli bu növ sırğaları varlı, dəbli xanımlar taxarvə baş örtüyündən nümayişkaranə çıxarardılar. Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltilisəsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələrionlardan uzaqlaşdırardı.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyiötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imzaatıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davametdirdiyini göstərir.