"Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil edilsin" - ƏHLİMAN ƏMİRASLANOV

17 Noyabr 2022 11:32 (UTC+04:00)

“2023-cü ilin dövlət büdcəsində həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsait artırılır. Bu, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəldəcək”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 17-də parlamentin plenar iclasında büdcə müzakirələri zaman deyib.

Onun sözlərinə görə, ötən iclaslarda bəzi tibbi müəssisələrdə avadanlıqların köhnəlməsi məsələsini qaldırmışdıq: “Artıq avadanlıqların köhnəlməsi məsələsi öz həllini tapmaqdadır. İcbari tibbi sığorta uğurla həyata keçirilir.

Ancaq bir qrup xəstəliklər var ki, icbari tibbi sığorta ilə əhatə edilməyib. Xüsusilə də onkoloji xəstəliklər buna aiddir. Bu gün icbari tibbi sığortanın imkanları genişlənib və bu imkan verir ki, onkoloji xəstəliklər də icbari tibbi sığortaya daxil edilsin”.