Müğənni Xuraman Şuşalının dediyi sözlər gündəm olub. SİA xəbər verir ki, məşhur sima uzun illərdir ki, xınayaxma mərasimlərində aparıcılıq etməklə məşğul olur. Sənətçi ötən gün "MTV xəbər" proqramının qonağı olduğu zaman bildirib ki, o, bu biznesdə heç kimi özünə rəqib görmür: "Mənə sırf xına aparıcı kimi baxılmasını istəmirəm. Hərənin öz müştərisi var. Mən konservatoriyada təhsil almışam sənətimə isə aparıcılıqla başlamamışam".