Koronavirusla mübarizə tədbirlərinə nəzər salsaq görərik ki, Azərbaycan uğurlu tətbiq vasitələrindən istifadə edir. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin istifadə etdiyi vasitə digər ölkələrlə müqayisədə daha tez və effektiv nəticələrin əldə edilməsinə səbəb olur: “Bu baxımdan biz istər covid-19-la mübarizədə, istərsə də, müalicə üsullarında və vaksinasiya proseslərində müsbət nəticələr əldə etmişik. Məhz bu səbəbdən də hazırda ölkəmizdə stabil vəziyyət hökum sürür. İndiki halda vaksin etdirən insanların sayında azlıq müşahidə olunması təbii bir haldır. Ona görə ki, buster dozanı belə vurduran insanlar kifayət qədərdir. Lakin yenə də insanlara müraciət edərək bildirmək istərdim ki, vaksin etdirməyən insanlar bu prosesi həyata keçirtməlidirlər”.