Bu gün Azərbaycan və Moldova arasınd ayoldaşlıq oyunu keçiriləcək. Bu sözləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bildirib.

Ekspert qeyd edib ki, bu oyuna Avropa çempionatına hazırlıq mərhələsi kimi baxılır: “Çünki belə yoldaşlıq oyunlarında sən artıq rəqibinin performansını və taktikalarını bilmiş olursan. Məhz bunun üçündə bu oyun vacib oyun hesab olunur. Nəticə etibari ilə önəmli sayılmasa da, sistemin öyrənilməsi baxımından aparıcı rol oynayır. Rəqib komanda ilə güc baxımından bərabər hesab olunuruq. Moldova yığması da son zamanlar matçlarda yüksək performans göstərən komandalardandır. Qazaxıstan yığması ilə də keçirilən oyunda 2:1 hesabı ilə Moldova qələbə əldə edib. Bu baxımdan bizi maraqlı oyun gözləyir”.