Yeni Azərbaycan Partiyası xalqın gözü ilə - SORĞU

16 Noyabr 2022 15:26 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahəsində mühüm rol oynayıb. Bu il isə biz artıq Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edirik. Mövzu ilə əlaqədar SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.

Şəhər sakini Səkinə Əliyeva: “Mən uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Təbii ki, partiyanın fəaliyyəti göz önünüdədir. Hər zaman partiya ölkənin bütün sahələrinə müsbət mənada təsir edib. Mən düşünürəm ki, bu belə də olmalıdır”.

Şəhər sakini Arzu Quliyeva: “Mən sizə tam səmimi deyə bilərəm ki, mən Heydər Əliyevin vurğunuyam. Həyatım boyu Heydər Əliyevin pərəstişkarı olmuşam. Ümummilli Lider hər zaman öz xalqının rifahı uğrunda çalışıb. Yeni Azərbaycan Partiyasını da Heydər Əliyevin şah əsəri adlandırmaq olar”.

Şəhər sakini İsa Cəfərov: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti hər zaman tam mütəşəkkil şəkildə təşkil olunub. Hakim partiya hesab olunan bu siyasi qurum daima mərhələli şəkildə ölkənin daxili siyasətinə birmənalı şəkildə təsir edib. Mən bir Azərbaycan vətəndaşı kimi daima bu partiyanı dəstəkləyərək, uğurlarına sevinmişəm”.

Şəhər sakini Ümid Nəmədov: “Yeni Azərbaycan Partiyasını 30 illikləri münasibətilə təbrik edirəm. Onlara gələcək fəaliyyətlərinə müvəffəqiyyətlər arzu edirəm. Ölkədə aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə digər partiyalardan seçilir və fərqlənir”.

Şəhər sakini İlqar Hacıyev: “Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hər zaman Yeni Azərbaycan Partiyasının fəaliyyətini yaxından izləmişəm. Partiyanın ölkədə gördüyü işlər isə hər zaman alqışlanır. Yeni Azərbaycan Partiyasını 30 illik münasibətilə də təbrik edirəm”.

Şəhər sakini Namiq Abdullayev: “Yeni Azərbaycan Partiyasını yubleyləri münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, partiyanın fəaliyyəti daha uzunömürlü olar. Mən özüm də uzun illərdir ki, partiyanın üzvüyəm. Hər zaman fəaliyyətlərini dəstəkləmişəm”.

Şəhər sakini Tahir Cəfərov: “Mən uzun illərdir ki, fotoqraf işləmişəm. Hazırda da öz sənətimi davam etdirirəm. Bizim Ulu Öndərimiz Heydər Əliyevində fotoqrafı işləmişəm. Yeni Azərbaycan Partiyası Ümummilli Liderimizin sayəsində yaranmışdır. Bu partiyanın fəaliyyətini ölkədə yaşayan hər bir vətəndaş bilməlidir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmiz üçün bənzərsiz işlər görüb”.

Şəhər sakini Nigar Məmmədova: “Yeni Azərbaycan partiyası 1992-ci il 21 noyabr tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Partiya yarandığı zaman 550 nəfərdən ibarət olub. Lakin indiki dövrdə partiyanın tərkibində yüz minlərlə üzvü, milyonlarla təəssübkeşi var. Məndə partiyanı 30 illikləri münasibəti ilə təbrik edir, uzun ömürlər arzulayıram”.

Şəhər sakini Arzu Tağıyev: “Mən partiya üzvlərinin hər birini təbrik edir. Onlara uzun ömür, can salığı arzulayıram. Yeni Azərbaycan Partiyasının çox böyük tarixi var. Ulu Öndər Heydər Əliyevin partiyanın yaranmasında misilsiz fəaliyyəti olub. Bu günkü gün biz rifah halında yaşayırıqsa bunların hər birində Ali Baş Komandan İlham Əliyevə borcluyuq”.

Şəhər sakini İlqar Musayev: “Yeni Azərbaycan Partiyasının məncə, şərhə ehtiyacı yoxdur. Çünki daima onlar öz fəaliyyətlərini həyata keçirdirlər. Azərbaycanda bu günkü gün bu partiyanın böyük rolu var”.

Şəhər sakini Arif Mədətov: “Yeni Azərbaycan Partiyası Azərbaycanın simvollarından biridir. Mən düşünürəm ki, Zəfər tariximizdə yaşanmasında YAP-ın mühüm rolu var. Azərbaycan Respublikasında bu partiya aparıcı mövqeydən çıxış edir. Bu səbəbdən Yeni Azərbaycan Partiyasını 30 illik yubley münasibəti ilə təbrik edirəm”.

Şəhər sakini Onur Özkan: “Mən türk vətəndaşıyam və artıq 25 illdir ki, Azərbaycanda yaşayıram. Müasir zamanda insanların yaşadıqları ölkədəki təhlükəsizlik məsələsi çox mühüm bir mövzudur. Azərbaycan isə hər zaman öz vətəndaşlarının təhlükəsizliklərinin təmin etməsində seçilən bir dövlətdir. Yeni Azərbaycan Partiyası da bu ölkənin aparıcı qurumudursa, demək ki, bu partiyada insanların yaxşı yaşaması istiqamətində bir sıra addımlar atır. Cənab Prezident İlham Əliyevə də öz təşəkkürlərimi bildirirəm ki, öz vətəndaşlarına bu cür diqqət göstərir”.

Şəhər sakini Samir Əhmədov: “Mən uzun illərdir ki, öz ölkəmdə həkim işləyirəm. Bu yaxınlarda mənim çalışdığım müəssisədə də YAP-ın 30 illiyi ilə bağlı tədbir təşkil olundu. Mən partiyanın fəaliyyətini yüksək şəkildə qiymətləndirdiyim üçün partiyanın üzvüyəm”.

Şəhər sakini Vüqar Əliyev: "Yeni Azərbaycan Partiyası xalqımızın həyatında mühüm rol oynayır. Belə ki, ümummilli lider Heydər Əliyev bu partiyasının təsisçisi olub. Hazırda Ulu Öndərin fəaliyyətini cənab Prezident İlham Əliyev həyata keçirdir”.