Ölkə əhalisinin sayı açıqlanıb

16 Noyabr 2022 13:04 (UTC+04:00)

İlin əvvəlindən ölkə əhalisinin sayı 48408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10204774 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.