İstehlaka yararsız qida qatqısı məhv edilib

16 Noyabr 2022 12:11 (UTC+04:00)

Azərbaycanda istehlaka yararsız 640 kq qida qatqısı məhv edilib. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Miras20-İM” MMC-yə məxsus ümumi çəkisi 640 kq qida qatqısı “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.