Qərbi Zəngəzurla bağlı sərgi baş tutub - FOTOLAR

14 Noyabr 2022 19:27 (UTC+04:00)

“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin bağlanışı keçirilib. SİA xəbər verir ki, 14 noyabr 2022-ci il tarixdə “Nur Art House” qalereyasında Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Musa Urud və Arzu Nağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyeva, Azərbaycan televiziya aparıcısı Nuran Hüseynov, Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri, KİV nümayəndələri və rəsm həvəskarları iştirak etmişlər.

“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir.

Qeyd edək ki, layihə 3 mərhələdən ibarət keçirilmişdir: 2 maarifləndirmə tədbiri və sonda yığılmış rəsmlərin sərgisi.

Tədbirin sonunda layihədə iştirak etmiş məktəblilər təşkilatçılar tərəfindən fəxri fərmanlar ilə təltif olmuşlar.