ABŞ-ın Virciniya ştatında universitet şəhərciyində atışma baş verib.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində 3 nəfər həyatını itirib.
Yerli polis iki nəfərin yaralandığını açıqlayıb. Universitet tələbəsi olduğu bildirilən hücumçunun tutulması üçün əməliyyat başladılıb.