Qadının keçmiş həyat yoldaşı onun ikinci əri tərəfindən döyülüb

Bakının Sabunçu rayonu ərazisində bir nəfəri döyərək, ona ağır xəsarətlər yetiriblər.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanın onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb.

Həmin şəxs R.Atakişiyevi küt alətlə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. orqanlarının əməkdaşları cəlb edilib və məhkəmə-tibb ekspertizası təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə