Ermənilər Mehman Əhmədlini "snayperçi" kimi təqdim etdilər FOTO

İşğalçı Ermənistan Azərbaycanla bağlı yalan məlumatlar yaymaqda davam edir. SİA-nın məlumatına görə, bu dəfə onlar meyxanaçı Mehman Əhmədlini azərbaycanlı snayperçi kimi təqdim ediblər.

"Novosti Armenii" səhifəsi sənətçinin şəklini yayımlayaraq "Erməni ordusu daha bir Mehman Əhmədli adlı azərbaycanlı snayperçini öldürdü" sözlərini yazıblar.

Qeyd edək ki, bundan əvvəl Ermənistan radiosu türkiyəli məşhurlar Sərdar Ortaç, Aras Bulut İynəmli, Tarkanın şəkillərini yayımlayaraq, öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə