Deputatlığa namizəd Elvin Talışınskidən təqdirəlayiq addım

Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski təqdirəlayiq addım atmışdır. O, ilk növbədə seçki dairəsinə daxil olan kəndlərdə yaşayan şəhid ailələrini ziyarət edərək xeyir-dualarını almışdır.

Bununla yanaşı, onların priblemlərini dinləmiş və yaşayış şəraitləri ilə yaxından tanış olmuşdur. E.Talışınski vətənpərvər, Azərbaycanı xaricdə öz elmi ilə dəfələrlə təmsil edən, elmi və pedaqoji fəaliyyəti boyunca böyüklərə hörməti, gənc nəslə dəstəyi və qayğısı ilə seçilən gənc alim kimi cəmiyyətimizdə tanınır.

Onun gir fikri diqqəti daha çox cəlb edir: "Şəhidlərimiz qürur yerimiz, ailələri isə əmanətimizdir. Hər birimizin borcudur ki, bir işə başlamazdan əvvəl onların xeyir-duasını alaq, müntəzəm olaraq ziyarət edib, diqqətsiz qoymayaq. Şəhid ailələri bütün azərbaycanlı ailələr üçün nümunə olmalıdır".

Qeyd edək ki, Elvin Talışınskinin atası əslən Xaçmazdan olan və elə orada da dəfn olunan 1992-1993-cü illərdə Qarabağda gedən gərgin döyüşlərin iştirakçısı, müharibə veteranı, dövlətə yüksək xidmətlərinə görə döş nişanı ilə təltif edilən, mayor Bəhruz Məmmədovdur.

E.Talışınskinin bu addımı hər bir deputatlığa namizədlərə və məmurlara nümunə olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə