Xəbərlər

  • 5 842

Əziz və sevimli müəllimlər!

image

Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla qarşılanan, cəmiyyətin ən öndə gedən ziyalı təbəqəsidir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gənc nəslin yetişməsində, gündəlik həyatımızda hər bir uğurun, davamlı inkişafın təməlində məhz müəllim əməyi dayanır.

Bu gün bütün dünyada qeyd olunan "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü"ndə cəmiyyətin formalaşmasında xüsusi əməyi və rolu olan bu fədakar insanların böyük zəhmətini bir daha dəyərləndirərək, Azərbaycanın bütün təhsil işşilərini və sevimli müəllimlərini ürəkdən təbrik edir, onlara bu şərəfli peşələrinin icrasında Uca Tanrıdan ugurlar arzulayırıq!

Ümummilli lider Heydər Əliyev daima müəllimlərə böyük ehtiram göstərərək, onlara diqqət və qayğı gostərmiş, əməklərini yüksək qiymətləndirmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər təhsil sahəsində həyata keçirilən davamlı islahatlar, təhsilə göstərilən diqqət və qayğı, I vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni məktəblərin inşası və təhsilə olan hamiliyin nəticəsində bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olmuşdur.

Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır, gənc alimlərimizin Ali təhsil müəssələrində calışmaları sayında da xüsusi artımlar vardır.

Sizlərə Müstəqil Azərbaycanın inkişafı naminə bilikli, bacarıqlı və milli-mənəvi dəyərlərə malik olan vətəndaş yetişdirmək kimi şərəfli peşənizdə uğurlar arzulayırıq!

Əziz və sevimli müəllimlər peşə bayramınız mübarək!

Təhmasib Rüstəmov

Yeni Azərbaycan PartiyasıQubadlı rayon təşkilatının sədri

Digər xəbərlər