“24 aprel erməni soyqırımı” - tarixin ən böyük yalanı TƏHLİL

Yaxud 105 illik iyrənc yalan...

105 ildir erməni ideoloqları öz iyrənc yalanları, iblisanə hiyləgərlikləri ilə dünyanı türk toplumuna qarşı nifrətlə doldurmaqda davam edir və üstəlik, türklər tərəfindən "soyqırımı”na məruz qaldıqları iddiası ilə hər il “24 apreli matəm günü” kimi qeyd edirlər. Əslində, aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Qondarma “erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. Baxmayaraq ki, o vaxtdan indiyə qədər milyonlarla türkün qanını axıdıblar, amma qisasçılıq hissindən əl çəkməyiblər. Bədxahlar bu azmış kimi dünya ölkələrinin parlamentlərində bu mövzunu gündəmə gətirməyə çalışırlar və çox vaxt da nail olurlar.Ancaq 44 günlük İkinci vətən Müharibəsi bir daha qondarma “24 aprel erməni soyqırımı”nı, iyrənc yalanlarına qarşı elə bir dərs verdi ki...Ancaq həyasızlıq, faşistlilik, vandallıq, barbarlıq.... dahi rus şairi A.S.Puşkin demişkən: “Sən göləsən, sən qorxaqsan”.

Ayaq tutub “yeri(dilən)yən” yalan...

Tarixin qaranlıq, saxtalaşdırılmış səhifələrinə bir daha ötəri də olsa nəzər salaq. «Qaregen Njdenin təlimi"nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir». Yəni türkə olan nifrət ideoloji vasitədir, silahdır. Dünyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alır. Əslində, elə dünya da insani keyfiyyətlərdə onlardan yüksəkdə durmağı bacaran türklərə nifrət etməyə bir bəhanə axtarırdı və ermənilərin sayəsində o "qondarma soyqırım”ı fürsəti əllərinə kecib. İndi isə o fürsətdən faydalanır, yeri gəldi-gəlmədi içlərinə yığılmış nifrəti-ədavəti zəhər kimi addımbaşı tökməkdən cəkinmirlər.

1915-ci ilin aprel günlərində nə baş verdi?

Əslində, aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə görə "Daşnak” və "Hnçak” partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da dediyimizə sübutdur. Qondarma "erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. "Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin "qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyili gücləndirdikcə üsyanlar da təbii hal almağa başladı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşdi, daha sonra Van, Sason, Adana üsyanları ard-arda baş verdi. Bu hadisədən sonra 1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da, uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə "Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.Göründüyü kimi hec bir qətliam və yaxud "soyqırımı”ndan söhbət gedə bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə "soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirildi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdı..

"24 aprel erməni soyqırımı" cəfəngiyyatdan başqa bir şey deyil

Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "soyqırımı" dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Ən əsas məsələ ondadır ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb endirməklə tarixdə heç biz zaman olmayan uydurma "soyqırımı"nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bu yerdə təəccüb doğuran odur ki, həmin əl qaldıranlar tarix kitabının belə bir səhifəsini oxumadıqları halda "tarixçi" rolunda çıxış etməklə, təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlik, tarixi inkar etmək kimi məsuliyyətdən qaçırlar. Ancaq əsl, gerçək tarix heç də onların bilmədikləri tarixə əl qaldırmaq deyil. Əsl, gerçəklikdə uydurma "soyqırımı"n olmamasıdır.

Musa Qasımlı: "Qondarma "soyqırımı"- erməni ideologiyasıdır"

Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı ermənilərin uydurduqları qondarma "erməni soyqırımı"nı faktlarla yalan olması ilə bağlı fıktların dili ilə sübut edir. Tarixçi professor bunun üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma apardığını bildirir: "Soruşa bilərsiniz ki, nəyə görə ermənilər 24 apreli uydurma "soyqırımı" günü kimi qeyd edirlər? Diqət yetirsək, görərik ki, bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc türkləri, müsəlmanları qırıblar, yerlərdə yaşayanlar ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı hökuməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər ermənin qırıldığını söyləyirlər. Bu həqiqətə nə dərəcədə uyğundur? Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar. Həmişə yalan, böhtan yazan ermənilərdən həqiqəti gözləmək olmayıb. Əvvala, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, sonra isə 1 milyon 500 min nəfər göstərilir. Ona görə də, qondarma "soyqırımı"- erməni ideologiyasıdır. Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin "soyqırımı" ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. "Soyqırımı" onların alver predmetinə çevrilib".Göründüyü kimi, ermənilərin iç üzü açıldıqca, onların saxta "göz yaşları”na inanmayanların sayı da artmaqdadır. Bütün dünya bilir ki, qondarma erməni soyqırımı İslama qarşı yönəlmiş siyasi maraqlardır və tarixi həqiqətdən uzaqdır və 24 aprel məsələsini ona görə "soyqırımı" günü kimi ermənilər tərəfindən qeyd edilsə də, aparılan tədqiqatlarda da ermənilərin uydurmalarının tam əsassızdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...