Əli Kərimlinin saxtakarlığını əks etdirən - ŞOK SƏS YAZISI

Demokratiyadan, söz azadlığından danışan müxalifətin dağıdıcı qanadı, xüsusilə də, AXCP sədri Əli Kərimli əməli fəaliyyətində əks mövqe sərgiləyir. Əli Kərimli sözünün üstünə söz deyənləri, maraqlarına qarşı çıxanları AXCP sıralarından xaric etməklə cəzalandırıb. Buna misal olaraq, demokartik fikirli olmalarına görə, AXCP sədrinin keçmiş müavinləri Razi Nurullayevin, Əbülfəz Qurbanlının, partiyanın Ali Məclisinin keçmiş üzvüləri Zərifə Məhəddinovanın, Elçin Məmmədzadənin və digərlərinin AXCP sıralarından Ə.Kərimlinin tələbi ilə xaric edilmələrini göstərmək olar.

Həm də, Ə.Kərimli partiyadan xaric etdiyi cəbhəçiləri sonradan şantaj edir, onların haqqında müxtəlif qarayaxma kampaniyaları aparır. Hətta o, AXCP Ali Məclisinin keçmiş üzvü Zərifə Məhəddinovanı əxlaqsız kasetlə şantaj edib. AXCP -dən çıxarıldıqdan sonra, mətbuata verdiyi açıqlamasında Z.Məhəddinova Ə.Kərimlinin iyrənc əməlinin hər bir cəbhəçiyə ünvanlana biləcəyi xəbərdarlığını etmişdir: "Məni müşavirlikdən azad edib, üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər, razı olmazdım. Sonda qovulmazdım da".

Ə.Kərimlinin daha bir qurbanı AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev olub. Partiya sədri heç bir səbəb göstərmədən onu NTK-nın sədrliyindən və partiya üzvülüyündən azad edib. Amma A.Əliyev qərarla razılaşmayaraq partiya üzvlüyünə bərpa olunması iddiası ilə məhkəməyə müraciət edib. Nəsimi rayon Məhkəməsində aparılan uzun araşdırmalardan, şahid dinləmlərindən sonra Aydın Əliyevin iddası təmin olunub. Məhkəm prosesində iddiaçı Ə.Kərimlini ifşa edən bir sıra faktlar açıqladı. Bildirdi ki, Ə.Kərimli nizamnaməyə zidd olaraq istənilən adamı partiyadan kənarlaşdıra bilir. İddiaçı onu da qeyd etdi ki, o NTK sədri olduğu müddətdə partiyanın qanuni maliyyəsi olmayıb, əldə edilən vəsaitlər gizli şəkildə, Ə.Kərimli tərəfindən aparılıb.

Məhkəmə prosesindən sonra Ə.Kərimlinin A.Əliyevi sıradan çıxarmaq üçün saxtakarlıqlara, nizamnamə pozuntularına yol verdiyi məlum olub. Bunu Ə.Kərimlinin A.Əliyevi saxta protokol əsasında necə və hansı formada zərərsizləşdirmək barədə trollarına, partiyanın idarə heyətinin “labbeyk” üzvlərinə vatçap vasitəsilə ünvanlanan səs yazışmalarıda təsdiq edir. Həmin səs yazısını təqim edirik. Bununla oxucu bir daha bu məxluqların demokratiyadan, hüququn aliliyindən danışsalarda, əslində səviyyəsiz boşboğazlardan ibarət məxluqlar olduqlarını anlayarlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə